İranın bitib-tükənməyən MÜSİBƏTLƏRİ: Çökən bina və çökməkdə olan rejim - VİDEO

İranın bitib-tükənməyən MÜSİBƏTLƏRİ: Çökən bina və çökməkdə olan rejim - VİDEO<span class="qirmizi"></span>

 

İran əhalisinin müsibətləri bitib-tükənmək bilmir.

Bu barədə “Azad İran” “YouTube” kanalı məlumat verib.

Ölkədə bahalığın, ərzaq qıtlığının, işsizlik və yoxsulluğun tüğyan etdiyi və vətəndaşların haqlı etirazlarının hakimiyyət tərəfindən top-tüfənglə qarşılandığı bir şəraitdə daha bir dəhşətli hadisə insanların əsəblərini tarıma çəkdi.

Belə ki, mayın 23-də saat 12.30 radələrində İranın cənubunda əsasən etnik ərəblərin yaşadığı Xuzistan əyalətindəki Abadan şəhərində yeni tikilmiş on mərtəbəli “Metropol” adlı bina, necə deyərlər, durduğu yerdə çökdü və onlarla insanın ölümünə və yaralanmasına səbəb oldu.

Daha ətraflı sujetdə:

 

Mənbə: www.oxu.az