Xaçmazda quyu qazan kişini "TOK" vurdu

Xaçmazda quyu qazan kişini "TOK" vurdu<span class="qirmizi"></span>

Xaçmazın Hülövlü kəndində 34 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

Bizim.Media xəbər verir ki, kənd sakini Asif Vədəhməd oğlu Qasımov yaşadığı evin həyətində su quyusu qazarkən ərazidən keçən yüksək gərginlikli elektrik xəttinə toxunub.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma başlanılıb.

Aytəkin Alxaslı

Mənbə: bizim.media