İngilis polisi cinayətləri azaltmaq üçün rəqs etdi - FOTO/VİDEO

İngilis polisi cinayətləri azaltmaq üçün rəqs etdi - <span class="qirmizi">FOTO/VİDEO</span>

Son illərdə cinayət nisbətlərinin xeyli yüksəldiyi İngiltərədə polis təşkilatı maraqlı bir tədbirlə ölkənin gündəmi zəbt edib.

Paytaxt Londonun yüksək cinayət rekordu ilə seçilən Edmonton rayonunda polis qüvvələri artan cinayət nisbətinin öhdəsindən gəlmək üçün “rəqs etmək” yolunu seçib.

London Polis Təşkilatının cinayətə meyil edən gəncləri xilas etmək və polisin imicini təzələmək üçün seçdiyi bu yol isə sakinlər tərəfindən bəyənilməyib. Səhnədə 80-ci illərə aid mahnının sədaları altında “şirin” görünməyə çalışan polislərin rəqs etdiyi anlar sosial media istifadəçiləri arasında yayılıb.

İngiltərədə son illərdə artan cinayət nisbətlərini azaltmaq mümkün deyil. Ölkə daxilində cinayətlərdə ən böyük artım paytaxt Londonda olsa da, hökumətin və polisin uğursuz siyasətləri tez-tez tənqid hədəfinə çevrilir.

Ölkə mətbuatında əksini tapan xəbərə görə, London Polis Təşkilatı gəncləri doğru yola yönəltmək və cinayətdən uzaqlaşdırmaq üçün çarəni “rəqs etmək”də tapıb. Gənclərin rəğbətini qazanmaq üçün səhnəyə çıxan orta yaşdan yuxarı 5 polis əməkdaşı “Run-DMC”-nin 1983-cü ildə buraxdığı hip-hop mahnısı “It's Like That” sədaları altında rəqs ediblər.

Polislərin bu uğursuz şousu sosial şəbəkələrdə yayılıb. Mövzu ilə bağlı paylaşım edən istifadəçilər bu hərəkətlərinin polis təşkilatını nüfuzdan saldığını bildiriblər.

 

Mənbə: Sabah

Mənbə: www.oxu.az