55 yaşlı şirkət sahibinin və həm də abituriyentin inadkarlığına qibtə etmək olar...

55 yaşlı şirkət sahibinin və həm də abituriyentin inadkarlığına qibtə etmək olar...<span class="qirmizi"></span>

55 yaşlı şirkət sahibinin və həm də abituriyentin inadkarlığına qibtə etmək olar...

"Niyyətin hara..."

 

 

Yaşa dolmuş bir kişi 25 dəfə universitetə imtahan verib və hər dəfə də uğursuzluğa düçar olub

 

Çinin bir çox gənc sakinləri üçün "qaokao", yəni dövlət qəbul imtahanları böyük stres deməkdir.

 

Amma Lyan Şi belə sınaqlardan 25 dəfə keçib və hazırda 26- cı dəfə özünü sınaqdan keçirməyə hazırlaşır.

 

Moderator.az xəbər verir ki, bu barədə "120 SU" nəşri məlumat verib.

 

Çendu (Sıçuan əyaləti) sakininin 55 yaşı var, həyatından şikayətçi deyil. Kişi tikinti materiallarının istehsalı üzrə uğurlu şirkətin sahibidir.

 

Lakin qəhrəmanımızı daima narahat edən bir məsələ var- o, uşaqlıq illərindən Sıçuan unişiversitetinin tələbəsi olmaq arzunsundadır.

 

Beləliklə, o, 1983- cü ildən başlayaraq hər il "qaokao" imtahanı verib, 14 dəfə müxtəlif həyat problemləri ilə bağlı buraxmalı olub.

 

Ən yaxşı göstəricisi 750 baldan 400 bal toplaması olub. Bu nəticə abituriyentə universitetə qəbul olmaq imkanı verir, amma qəhrəmanımızın məqsədi istisnasız olaraq nüfuzlu Sıçuan universitetinə qəbul olmaqdır.

 

Bir çox tanışları Lyanın bu qəribəliyini bəyənmir, onu inandırmağa çalışır ki, imtahan üçün lazım olan materialı yadda saxlamaq çox ağırdır.

 

Lakin bu tarixçənin qəhrəmanı yeni biliklər əldə etmək üçün özünü kifayət qədər gənc hesab edir.

 

Doğrudur, Lyan təbiət elmlərini o qədər də uğurla mənimsəyə bilmir, ona görə də humanitar fənlərə daha çox üstünlük verir.

 

Bu kişiyə uğur arzulamaq və onun inadkarlığına qibtə etmək qalır.

Mənbə: moderator.az