28 may tarixinə "TEKNOFEST Azərbaycan"a alınan biletlər bu gün də keçərlidir

Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına vətəndaşların böyük marağı və çoxsaylı istəkləri nəzərə alınaraq 29 mayda festivalda iştirak üçün daha 20 min bilet aktiv edilib.

Bu barədə "Report"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Məlumata görə, vətəndaşlar iticket.az saytında qeydiyyatdan keçərək festivalın tamaşaçısı ola bilərlər.

"Eyni zamanda vətəndaşların nəzərinə çatdırırıq ki, 28 mayda Müstəqillik Günü ilə əlaqədar festivalın proqramında müəyyən dəyişikliklər edilmiş və vaxt məhdudiyyəti tətbiq olunmuşdu. Bu səbəbdən 28 may tarixinə bilet əldə etmiş, lakin festivala gələ bilməmiş vətəndaşların "TEKNOFEST Azərbaycan"la ətraflı tanış olmasını təmin etmək məqsədilə həmin biletlər 29 mayda da festivala giriş üçün keçərli olacaq".

Report.az

ƏVVƏLKİ XƏBƏR

Texas qətliamında ölən dostunun qanına bulanaraq xilas olan qızcığaz danışıb

SONRAKI XƏBƏR

Finlandiya F-35 qırıcılarının ilk qrupunu ölkənin şimalında yerləşdirəcək