Ukrayna Kadırovun yaydığı məlumatı təkzib etdi

Ukrayna Kadırovun yaydığı məlumatı təkzib etdi<span class="qirmizi"></span>

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Severodonetsk şəhərinin Rusiya Ordusunun nəzarətinə keçməsini təkzib edib.
Yeniavaz.com UNİAN-a istinadla xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumatda Rusiya qüvvələrinin artilleriya dəstəyi ilə Severodonetsk şəhərinə hücum etdiyi, döyüşlərin davam etdiyi bildirilir.
Luqansk vilayətinin hərbi administrasiyasının rəhbəri Sergey Qayday da şəhərdə Ukrayna bayrağının dalğalandığını, Rusiya hərbçilərinin yalnız “Mir” mehmanxanası ərazisinə nəzarət etdiyini açıqlayıb. Sergey Qayday döyüşlərin əraf kəndlərdə və Severodonetskin girişində davam getdiyini bildirib.
“Sxid” əməliyyat komandanlığının nümayəndəsi İlko Bojko isə deyib ki, rusların Severodonetskdəki hər hansı effektiv fəaliyyətləri haqqında danışmaq üçün heç bir əsas yoxdur.
Qeyd edək ki, dünən Çeçenistan Respublikasının rəhbəri Ramazan Kadırov artıq Severodonetsk şəhərinin nəzarətə götürüldüyünü bəyan etmişdi.

Mənbə: www.yeniavaz.com