“Yeni Bakı”da komendatın zülmü sakinləri bezdirib - VİDEO

“Yeni Bakı”da komendatın zülmü sakinləri bezdirib - VİDEO<span class="qirmizi"></span>

“Yeni Bakı” Yaşayış Kompleksinin komendantlığı müntəzəm olaraq sakinlərə qarşı qanunazidd hərəkətlərə yol verir.
Redaktor.az xəbər verir ki, komendantlıq sakinlərdən aylıq ödəniş tələb edir. Ödəniş verilmədikdə isə sayğaclara müdaxilə edir və elektrik xəttini kəsir.

Bütün bunlardan cana gələn sakinlər öz vəsaitləri hesabına görüntü kameraları quraşdırıblar. Lakin bundan sonra qanunazidd əməlllərin görüntülənməsinin qarşısını almaq üçün komendantlığın əməkdaşları sakinlərin əmlakına ciddi zərər vurub və quraşdırılan kameraları tamamilə qırıb.
Qeyd edək ki, sakinlər sübutlarla bir yerdə Abşeron Rayon Polis İdarəsinə şikayət ediblər (demokrat.az)
Sözügedən görüntüləri təqdim edirik:

 

Mənbə: redaktor.az