"TEKNOFEST Azərbaycan"da müxtəlif müsabiqələrdə ikinci və üçüncü yeri tutanlar təltif edilib

"TEKNOFEST Azərbaycan" festivalı çərçivəsində keçirilən müxtəlif müsabiqələrdə ikinci və üçüncü yer tutanlar təltif edilib.

"Report" xəbər verir ki, təltifetmə festivalın sonuncu dördüncü günündə baş tutub.

Qalibləri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, energetika naziri Pərviz Şahbazov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Türkiyənin sənaye və texnologiya nazirinin müavini Mehmet Fatih Kacır, Türkiyənin “Baykar” şirkətinin texniki direktoru və “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının İdarə Heyətinin sədri Selcuk Bayraktar təqdim edib.

Qeyd edək ki, həmin müsabiqələrdə birinci yer tutanlar ötən gün Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə təltif edilmişdi.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Britaniya üçün gələn il Şengen razılaşmasının vaxtı bitir

SONRAKI XƏBƏR

Türkiyə Prezidenti sabah Putin və Zelenski ilə danışacaq