Rövşən Abdullaoğlunun yeni kitabı nəşr edilib

Bu günlərdə yazıçı, psixoloq Rövşən Abdullaoğlunun yeni romanı "Qədim qala" nəşriyyatında işıq üzü gördü. Dünyanın ən ucqar nöqtələrinə səyahət edən və əsərlərində uzaq materiklərdə baş verən hadisələri canlandıran yazıçının bu dəfə mövzusu doğma Qarabağdır.

Bitməyən savaşlar, yuyulmuş beyinlər, insanlarla manipulyasiya edən imperialist qüvvələr, xəyanət, müəmmalı siyasi oyunlar, sirli qəhrəmanlar… Böyük bir tarixi dönəmi əhatə edən hadisələrdən bu dəfə quru, rəsmi faktlar deyil,  çətin və şanlı illərdən ruhən qalib çıxmış, hər birimizə tanış və doğma olan insanlar danışır. 

Daha öncə müharibə mövzusuna müraciət edən yazıçının Srebrenitsa soyqırımından bəhs edən “Relslər üzərinə uzanmış adam” romanı 2020-ci ildə Amerikada keçirilən beynəlxalq kitab müsabiqəsində qızıl medala layiq görülüb. 

Qeyd edək ki, artıq birinci nəşri tükənmiş “Koramal” kitabının ilk təqdimatı Gəncə şəhərində baş tutub. Bakıda və digər regionlarda da kitabın təqdimatı və oxucularla müzakirəsi keçiriləcək.

Aqreqator.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ Ukraynaya F-16 verir? – Qanun layihəsi

SONRAKI XƏBƏR

İngilislərin Türk Birliyində olmaq ARZUSU – London regionun yeni gücünü necə qiymətləndirir?