“O asma körpünü iki qazimiz qoruyur, narahat olmasınlar...”

“O asma körpünü iki qazimiz qoruyur, narahat olmasınlar...”<span class="qirmizi"></span>

Xəbər verdiyimiz kimi, İsmayıllıda çay üzərindəki asma körpüdən keçmək üçün 20 nəfərdən artıq adama icazə verilməsiylə bağlı xəbərlər yayılıb. Vətəndaşlardan biri bunun təhlükəli olduğunu əsas gətirərək, bu məsələdə nəzarətçiləri günahlandırıb.

Məsələylə bağlı Moderator.az-a açıqlama verən Zərnava kənd orta məktəbinin hərbi müəllimi Haqverdi Məhərrəmov körpüyə iki qazimizin nəzarət etdiyini bildirib:

“Həmin körpünü 44 günlük Vətən müharibəsində döyüşən iki qazimiz qoruyur. Yəni o iki qazi Qarabağı qoruyubsa, bir dənə körpünü qorumaq da onlar üçün heç nədir. Narahat olmasınlar. Bəzən insanlar özləri körpüdən 5 nəfərdən çox keçməyə çalışırlar. Amma buna da nəzarət olunur və elə hallar olarsa, dərhal qarşısı alınır. Körpüdən 20 nəfər də keçsə, heç bir təhlükəsi yoxdur. Çünki bütün avadanlıqları yenilənir. Buna ciddi nəzarət olunur. Sıxlıq yaranmasın deyə körpüyə insanlar 5 nəfərdən ibarət dəstəylə buraxılır. Asma körpünün vəziyyəti isə daim mütəxəssislərimiz tərəfindən yoxlanılır. Qaldı ki, körpüyə “Asma körpü” MMC tərəfindən nəzarət olunur”, - deyə Məhərrəmov bildirib.

Vasif Əlihüseyn

Mənbə: moderator.az