Bakıda adam oğurluğu olub?

Bakıda  <span class="qirmizi">adam oğurluğu olub?</span>

Daxili İşlər Nazirliyi Bakıda adam oğurluğu ilə bağlı yayılan görüntülərə münasibət bildirib. 

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a bildirib ki, görüntüdə əks edilən hallar quldurluq cinayəti üzrə axtarışda olan şəxsin tutulması istiqamətində keçirilən tədbiri əks etdirir:

“Həmin şəxs tutularaq istintaqa təhvil verilib”.

***

Bakı şəhərində gəncin oğurlandığı iddia olunur. 

Oxu.Az-ın məlumatına görə, hadisə Nərimanov rayonu, Təbriz küçəsində baş verib. 

Əldə edilən görüntülərə görə, axşam radələrində iki nəfər bir şəxsi 99-AP-020 dövlət qeydiyyat nişanlı, “Hyundai” markalı maşına mindirərək aparıb. 

Mənbə: oxu.az