“Laçında qaz kəmərləri sökülür”. Ordu.az xəbər verir ki, bunu Laçın şəhərində qanunsuz yaşayan ermənilərin “rəhbəri” Narek Aleksanyan deyib.
Onun sözlərinə görə, noyabrın 9-dan bəri Laçın şəhərində qaz yoxdur.
“Noyabrın 9-dan Laçında qazımız yoxdur, hazırda Laçında qaz boruları sökülür. Bizdə olan məlumata görə, bu borular qazlaşdırma işləri üçün Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərinə aparılacaq”, - deyə Aleksanyan qeyd edib.
Azərbaycanın inşa etdiyi yeni yolun tikintisi və Laçın dəhlizinin azərbaycanlılara verilməsinə toxunan Aleksanyan bildirib: “Bu söhbətlər daxildən daha çox xaricdə yayılır. Yol indi intensiv şəkildə çəkilir, istismara verildikdən sonra nə olacaq, hansı məqsədlə istifadə olunacaq, deyə bilmərəm, bu məlumatlar söz-söhbətlər səviyyəsindədir, hər halda Laçın və Zabuxda insanlar sakit yaşamağa davam edirlər. Bizə qarşı pis bir şeyin gözlənildiyini düşünmürəm”.
Alpər Mövludoğlu
Mənbə: ordu.az