Təcili yardımçılar: maaşımızı ikiqat artırın! - Gürcüstanda

Gürcüstanda təcili yardım işçiləri həmkarlar ittifaqları ilə birlikdə hökumət administrasiyası qarşısında etiraz aksiyası keçiriblər.

Publika.az xəbər verir ki, gürcüstanlı təcili yardım işçiləri maaşlarının 100 faiz artırılmasını tələb edirlər.

Tibb işçiləri bildiriblər ki, Səhiyyə Nazirliyi ilə iki aydır aparılan danışıqlardan konkret nəticə əldə olunmayıb.

Aksiya iştirakçısı Nuqzar Poçxişvili Hökumət Evi qarşısında keçirilən aksiyanın məqsədinin səslərinin baş nazirə çatdırmaq olduğunu bildirib. Səhiyyə işçiləri maaşların artırılması ilə bağlı baş nazirə yazılan məktubu hökumət administrasiyasına təqdim ediblər.

 

Tural

Publika.az

ƏVVƏLKİ XƏBƏR

NATO zirvəsində Putini qəzəbləndirən mənzərə: Ərdoğan, Bayden və Conson...

SONRAKI XƏBƏR

Uşaqlara verilən iştaha artırıcı dərmanlarla bağlı həkimdən AÇIQLAMA