Britaniya rusiyalı milyarderlərə qarşı sanksiyalar tətbiq etdi

Britaniya rusiyalı milyarderlərə qarşı sanksiyalar tətbiq etdi<span class="qirmizi"></span>

 

Böyük Britaniya rusiyalı iş adamları Vladimir Potanin və Mixail Qutseriyevə qarşı sanksiyalar tətbiq edib. Bu, çərşənbə günü, iyunun 29-da məlum olub.

Sanksiyalar siyahısına Kemerovo vilayətinin qubernatoru Sergey Sivilev də daxil edilib.

Mayın 19-da “İnterros” holdinqinin sahibi Vladimir Potanin “yüz milyonlarla dollara” “Tinkoff Bank”da pay sahibi olduğunu bəyan edib.

Potanin həmçinin qeyd edib ki, bankın təsisçisi Oleq Tinkovun aktivin “qəpik-quruşa” satıldığı iddiaları ilə razı deyil.

“İnterros”un sahibi vurğulayıb ki, razılaşmanın məbləği onun üçün kifayət qədər böyük olub və bunu “qəpik-quruş” adlandırmaq olmaz.

Mənbə: Veçernyaya Moskva

Mənbə: www.oxu.az