"Rus salatı" NATO sammitini qarışdırdı

"Rus salatı" NATO sammitini qarışdırdı <span class="qirmizi"></span>

İspaniyanın Madrid şəhərində keçirilən yüksək təhlükəsizliklə bağlı NATO sammiti dünya liderlərinin gəlməsini gözlədiyi bir vaxtda beynəlxalq rəsmilər və jurnalistlər restoranlarının menyusunda “Rus salatı”nı görəndə heyrətə gəliblər.

"Unikal" xəbər verir ki, Alyansın yeni strateji konsepsiyasında təhlükəsizlik təhdidi kimi qeyd olunması gözlənilən sammit öncəsi Rusiyaya məxsus bir salatın tədbir menyusunda olması təəccüb doğurub.

Jurnalist İnaki Lopez İspaniya mətbuatı "La Sexta"ya açıqlamasında “NATO sammitində rus salatı? Yeməyin seçiminə bir az təəccübləndim”, - deyə o şərh edib.

Bununla belə, yeməyin cəlbedici yüksək karbohidrat tərkibi onun mübahisəli adını üstələyib və bir neçə saat ərzində satıldığı bildirilir.

Mənbə: www.unikal.org