Şanxayda “Disneyland” yenidən açılıb və restoranların fəaliyyətinə icazə verilib

 

Bakı, 30 iyun, AZƏRTAC

Şanxay şəhərinin koronavirus səbəbindən bağlanan “Disneyland” əyləncə mərkəzi üç aylıq fasilədən sonra İyunun 30-da yenidən fəaliyyətə başlayıb.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, hakimiyyət orqanları şəhərdə epidemioloji vəziyyətin yaxşılaşması fonunda əyləncə mərkəzinin açılmasına icazə verib.

“Disneyland”i ziyarət etmək istəyən insanlar koronavirus testinin 72 saatı ötməyən mənfi nəticəsini təqdim etməli, maska taxmalı və onların hərarətləri ölçülməlidir.

Şəhər administrasiyasının göstərişinə əsasən, epidemioloji risk zonalarında olmayan və son həftə ərzində COVID-19 infeksiyasına yoluxma halları qeydə alınmayan ərazilərdə yerləşən restoranlar müştərilərə yerində xidmət göstərə bilər. Lakin həmin iaşə müəssisələrinin tutumu maksimum 50-70 faiz təşkil etməlidir.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

İsveç 73 terrorçunu Türkiyəyə təhvil verəcək

SONRAKI XƏBƏR

NATO-Rusiya müharibəsi başlasa, Ermənistan məhv olacaq - ölkə total xofa girdi...