Balıqçılar nadir balıq tutub, 17 min dollara satıblar

Hindistanda balıqçılar tuta bildikləri nəhəng nadir balıq sayəsində varlanıblar.

Milli.Az bildirir ki, bu barədə "Firstpost" xəbər verir.

Balığı Qərbi Benqal əyalətindən olan balıqçılar tutub. Yerli əhalinin "Telia Bhola" adlandırdığı balığın alt növlərindən birinə rast gəldilər. Bəxtəvərlərdən biri olan Şibaji Kabir balığı Digha şəhərindəki hərraca gətirib.

Potensial alıcılar arasında üç saat davam edən bazarlıqdan sonra 50 kiloqramlıq balıq kiloqramı 26 min rupi (təxminən 336 dollar) qiymətinə satılıb. Balıqçıların gəliri 1,3 milyon rupi (təxminən 16 850 dollar) təşkil edib. Bildirilir ki, "Telia Bhola" balığı xarici şirkət tərəfindən alınıb.

Bu növ balıq ilk növbədə ənənəvi tibbdə istifadə edilir. "Bu balıqdan həyat qurtaran dərmanlar hazırlamaq üçün istifadə olunur. Buna görə əcnəbilər bu böyük balıq üçün belə bir məbləğ ödədilər", - deyə Dighinin iş adamlarından biri Hindistan mediasına verdiyi müsahibədə izah edib.

"Firstpost" qeyd edir ki, eyni bazarda hərracda bir neçə gün əvvəl, bu növün bir balığı 900.000 rupiyə (11 350 dollardan çox) satılıb.

Nabakumar Payra şəhərinin Balıqçılar və Balıq Satıcıları Assosiasiyasının üzvünün dediyinə görə, "Telia Bhola" ildə cəmi iki-üç dəfə balıqçılara rast gəlir və bəxti gətirən "səhər zəngin oyanır".

İrfan Vəliyev
Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

NATO-Rusiya müharibəsi başlasa, Ermənistan məhv olacaq - ölkə total xofa girdi...

SONRAKI XƏBƏR

Bayden: “Putin NATO-nu zəiflətməyə çalışdı, lakin indi heç istəmədiyi şeyləri görür”