Biləsuvarda uşaq bağçasında bədbəxt hadisə iddiaları ilə bağlı Regional Təhsil İdarəsindən AÇIQLAMA

Biləsuvarda uşaq bağçasında bədbəxt hadisə iddiaları ilə bağlı Regional Təhsil İdarəsindən AÇIQLAMA<span class="qirmizi"></span>

 

Biləsuvarda uşaq bağçasında bədbəxt hadisə baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə redaksiyamıza daxil olan məlumatda qeyd olunub.

Vətəndaş iddia edir ki, rayonun Əliabad kənd uşaq bağçasında nəzarətsiz qalan 4 yaşlı İbrahimov Mircihad Samir oğlunun üzərinə şkaf aşıb. Uşaq aldığı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu ünvanladıq. Şirvan-Salyan Regional Təhsil İdarəsindən Oxu.Az-a bildirilib ki, məsələ raşdırılır. İctimaiyyətə ətraflı məlumat veriləcək.

Mənbə: www.oxu.az