Vilayət Eyvazov DYP rəisini işdən AZAD ETDİ

Vilayət Eyvazov DYP rəisini işdən AZAD ETDİ<span class="qirmizi"></span>

Bərdə Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi Anar Cəlilov vəzifəsindən azad edilib.

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Anar Cəlilov təqaüdə göndərilib. Hələlik onun yerinə təyinat yoxdur.

Murad İbrahimli

Mənbə: www.unikal.org