Xaricdə həbs olunan Rusiya təyyarələrinin sayı – AÇIQLANDI

Bu gün Rusiyaya məxsus 77 təyyarə xaricdə saxlanılır.

Publika.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Nəqliyyat Nazirliyinin rəhbəri Vitali Savelyev məlumat verib.

Onun sözlərinə görə, Rusiya bu təyyarələrdən yalnız birini qaytarmağa nail olub. “Biz hər bir təyyarə üçün mübarizə aparırıq”, – deyə o bildirib.

Savelyevin sözlərinə görə, təyyarələrin bəziləri lizinq verənlərin qərarı ilə saxlanılıb, bəzi hava gəmiləri isə Avropa hava məkanının qəfil bağlanması səbəbindən səmaya qalxa bilməyib.

Nəqliyyat Nazirliyinin daha əvvəl bildirdiyi kimi, hazırda Rusiyada 1274 təyyarə istismar olunur. Onlardan 1207-si (1151-i sərnişin təyyarəsidir) Rusiya reyestrində qeydiyyatdan keçib.

 

 

Səxavət

Publika.az

ƏVVƏLKİ XƏBƏR

"Dinamo" Mahiri belə təbrik etdi - Şəkil

SONRAKI XƏBƏR

Ukraynada 4 rus agenti SAXLANILDI