Afinanın cənubunda yerləşən “Ellinikon” adlı əvvəllər hərbi baza olan, daha sonra hava limanı kimi istifadə edilən ərazi parka çevrilib. Ordu.az xəbər verir ki, bu barədə “Inews” nəşri yazıb.
Ərazisi olduqca böyük olan məkanda köhnə uçuş-enmə zolaqlarında skamyalar, heykəllər yerləşdirilib.
Habelə ərazidə olan üç təyyarə anqarında müxtəlif eksponatlar nümayiş olunur. Anqarlardan birində virtual reallıq texnologiyasından istifadə edilir.
Sevinc Əliyeva
Ordu.az