Yayın ortasında qar yağdı

Yayın ortasında qar yağdı<span class="qirmizi"></span>

İyunun 30-u Rusiyanın Çelyabinsk əyalətinin “Taqanay” milli parkına qar yağıb.

Bakupost.az xəvər verir ki, parkın əməkdaşları iyunda belə hava anomaliyasını ilk dəfə gördüklərini deyib.

Yerli əhali Çelyabinskdə dağ tundra ərazisi olduğu üçün hava dəyişikliyini çox görüb, lakin iyunda Cənubi Ural dağları sisteminə daxil olan qoruğa yayın ortasında qar yağması görülməyib.

Günün ikinci yarısı günəş qarı əridib və səmada ikiqat göy qurşağı görünüb.

Qış bu bölgədə bütün ölkədən 2 həftə tez başlayıb, bir ay gec bitir.

Aygün Musayeva

Mənbə: www.bakupost.az