Azərbaycanlı gənc Paşa Feyzullayev İlon Maskın şirkətində kimya mühəndisi kimi çalışacaq.
Publika.az xəbər verir ki, gənc kimya mühəndisi özünün feysbuk profilində yazıb:
"Dostlar möhtəşəm xəbəri sizlərlə paylaşmaq istəyirəm! Allahıma sonsuz şükürlər olsun ki, uşaqlıq arzuma çata bildim! Elon Musk-ın Tesla şirkətində kimya mühəndisi kimi karyerama başlayıram! Hər zaman yanımda olan ailəmə, məni yetişdirən müəllimlərimə, hər zaman dəstək olan can dostlarıma minnətdaram! Bunu birlikdə bacardıq! Arzun varsa Allahdan istəyib sonuna qədər çalışmalısan, bəlkə bu gün deyil, amma bir gün mütləq hədəfinə çatacaqsan!"
Mənbə: publika.az