Bu ay anomal istilər ola bilər - VİDEO

Cənub və cənub-qərbdən isti hava cərəyanlarının təsiri nəticəsində temperatur yüksələ bilər

Milli.Az Xəzər xəbər-ə istinadən xəbər verir ki, iyul ayına olan hava proqnozu açıqlanıb. Məlumata görə, bu ay ölkə ərazisində anomal istilərin müşahidə ediləcəyi proqnozlaşdırılır.

Xezerxeber.az-ın məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, iyulun ilk ongünlüyündə kəskin istilər olmayacaq.

Ay ərzində dəniz suyunun temperaturu çimərliyə gedənlər üçün əlverişli olacaq.

Bildirilib ki, ümumiyyətlə, iyul ölkəmizdə ən isti ay hesab olunur. Cənub və cənub-qərbdən isti hava cərəyanlarının təsiri nəticəsində temperatur 40-44 dərəcəyədək yüksələ bilər.

Qeyd edək ki, son 30 ildə ölkə ərazisində ən isti iyul ayı 2018-ci ildə müşahidə edilib. Həmin il iyulun 1-də havanın temperaturu 42.7 dərəcə olub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

 

 

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan və Hindistan arasında ikiqat vergitutma - ARADAN QALDIRILACAQ

SONRAKI XƏBƏR

Bu sistemlər “Bayraqdar” və “Akıncı”ya əlavə edildi - Video