“Bir Ukrayna şəhəri azad ediləndən sonra Putini ölüm hədələyir” - Publisist

“Bir Ukrayna şəhəri azad ediləndən sonra Putini ölüm hədələyir” - Publisist<span class="qirmizi"></span>

Əgər Ukraynanın Xerson şəhəri rusiyalı işğalçılardan azad edilsə, Prezident Vladimir Putini ölüm hədələyəcək.

Rusiya tərəf Ukraynada məğlub olandan sonra, Rusiyanın başçısı özünü güllələyə bilər - bu barədə rusiyalı publisist Andrey Piontkovski «24 kanal»-a danışıb.

«…Putin özünü güllələyəcək və ya Xersonun azad edilməsindən sonra onu aradan götürəcəklər» - həmsöhbət deyib.

Xatırladırıq ki, Rusiya fevralın 24-də səhər Ukrayna ilə tammiqyaslı müharibəyə başlayıb. Kreml hətta bu ölkəyə qarşı müharibəni elan etməyib, öz hərəkətini isə «xüsusi əməliyyat» adlandırıb.

AzPolitika.info

Mənbə: azpolitika.info