Bütün günü açıq havada işləyənlərin DİQQƏTİNƏ! - VİDEO

Bütün günü açıq havada işləyənlərin DİQQƏTİNƏ! - VİDEO<span class="qirmizi"></span>

Havaların isinməsi günvurma hallarını çoxaldıb. Xüsusilə qızmar Günəş altında gəzmək bu aylarda risklidir. Ancaq yəqin ki, heç kim açıq havada səbəbsiz dayanmaz. İstilərə baxmayaraq kimisi yol çəkir, kimisi beton tökür, kimisi isə əkin-biçinlə məşğul olur. Elə təsərrüfatçı Adil Əhmədov da günün əksər saatlarında işləyir ki, əkdiyi torpaqdan məhsul götürə bilsin.

Tikintidə çalışan Nizami Məmmədov isə bildirir ki, işini dayandırmadan saatlarla çalışır ki, axşam evinə çörəkpulu apara bilsin.

Səhiyyə Nazirliyinin həkim eksperti Zakir Quliyev deyir ki, açıq havada çalışanlar diqqətli olmalıdılar. Çünki, son vaxtlar günvurma halları ilə bağlı müraciətlər çoxalıb. Həkim deyir ki, günvurmanın ilk simptomları ürəkbulanma, qusma,baş ağrıları,burunda qanaxma,gözlərdə qaralmadır. Onun sözlərinə görə günvurmadan insan komaya da düşə bilər.

Zakir Quliyevin sözlərinə görə, son 1 ayda təkcə paytaxtda 12 nəfər günvurma halı ilətəcili tibbi yardıma müraciət edib. Həkim həm açıq havada çalışanlara, həm də çimərliyə gedənlərə saat 10-dan 18-ə qədər günəşdən qorunmağı tövsiyyə edir.(xəzərxəbər)

 

 

Mənbə: big.az