Dövlət qurumları tərəfindən açılan kibertəhlükəsizlik sorğularının sayı artıb

 

Bu ilin iyun ayında Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılan sorğuların sayı may ayı ilə müqayisədə 50,3% artaraq 714 ədəd təşkil edib. Ordu.az-ın Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin hesabatı əsasında apardığı hesablamalara görə, iyun ayı ərzində mərkəzə daxil olan sorğulardan 91,2%-nə baxılıb və təmin edilib.

Məlumata əsasən, iyunda Azərbaycan internet məkanında dövlət qurumlarına aid 7 domen və 9 yeni subdomen qeydiyyatdan keçib. Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 68 hesabat təqdim edilib.

Ümumilikdə, bu ilin yanvar-iyun ayları ərzində kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin ümumi sayı 3001 ədəd təşkil edib ki, bu da 2021-ci ilin eyni göstəricisi ilə müqayisədə 36,6% çoxdur.

Qeyd olunan dövr ərzində ümumi sorğuların 94,3%-nə baxılaraq təmin edilib, müvafiq dövlət qurumlarına 221 hesabat təqdim edilib. Bu ilin ilk altı ayında Azərbaycanın internet seqmentində 28 domen və 85 subdomen qeydiyyata alınıb.

Ordu.az

 

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

Erməni hərbi qulluqçu İrəvanda universitetə hücum edib

SONRAKI XƏBƏR

Türkiyənin hər yerindən musiqi sədaları yüksələcək