Böyük Britaniyada koronavirusa yoluxma səviyyəsi 30 faizdən çox artıb

Böyük Britaniyada koronavirusa yoluxma səviyyəsi 30 faizdən çox artıb<span class="qirmizi"></span>

 

London, 2 iyul, AZƏRTAC

Böyük Britaniyada koronavirusa yoluxma səviyyəsi bir həftə ərzində 30 faizdən çox artıb.

AZƏRTAC xəbər verir ki, Milli Statistika İdarəsinin hesablamalarına görə ölkədə təxminən 2,3 milyon insan xəstəliyə yoluxub.

Bu rəqəm əvvəlki həftə ilə müqayisədə 32 faiz çoxdur.

Səhiyyə rəsmiləri 75 yaşdan yuxarı və son altı ayda peyvənd olunmayan hər kəsə virusa yoluxmamaq və xəstəxanaya yerləşdirilməmək üçün gücləndirici peyvənd almağı tövsiyə edib.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

 

Mənbə: azertag.az