Xaçmazda biçilmiş taxıl sahəsi yandı

Xaçmazda biçilmiş taxıl sahəsi yandı<span class="qirmizi"></span>

 

Xaçmaz rayonunda yanğın hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Niyazabad kəndində sakinlərə məxsus 10 hektardan çox biçilmiş taxıl zəmisi yanıb.

Hadisə yerində FHN-nin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi işləyib. Alovun ətrafa yayılmasının qarşısı alınıb.

Faktla bağlı araşdırma gedir.

Aytəkin Alxaslı, Bizim.Media - Şimal Bürosu

Mənbə: bizim.media