Sığorta yığımları artsa da ödənişlər azalır - AÇIQLAMA + VİDEO

Sığorta yığımları artsa da ödənişlər azalır - <span class="qirmizi">AÇIQLAMA + VİDEO</span>

Bu ilin aprelinə olan göstəricilərə əsasən, daşınmaz əmlakın icbari sığortası üzrə sığorta haqlarının həcmi 30 milyon 187,8 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.9% çoxdur.

Hesabat dövründə bu sığorta növü üzrə sığorta ödənişlərinin həcmində isə azalma olub. Belə ki, ödənişlər illik müqayisədə 46.4% azalaraq 332.6 min manat olub.Ötən ilin aprel ayında bu rəqəm 620.8 min idi.

Bəs sığorta yığımlarının artması müqabilində ödənişlərin azalmasının səbəbi nədir?

ASA-nın icraçı direktoru Elmar Mirsalayevin bildirdiyinə görə, problemi yaradan əsas səbəblərdən biri sığorta sistemi ilə bağlı məlumatsızlıqdır.

Daha ətraflı süjetdə:

 

Mənbə: www.oxu.az