Vətən Müharibəsi şəhidinə 4 otaqlı mənzil verildi - FOTO

Vətən Müharibəsi şəhidinə 4 otaqlı mənzil verildi - FOTO<span class="qirmizi"></span>

Vətən Müharibəsi şəhidi, mayor Abakar Hacıyevin ailəsinə Bakının Suraxanı rayonunda 4 otaqlı mənzil verilib.

Bizim.Media-nın məlumatına görə, bu barədə Abakarın qaynanası Fatimət Bullayevaya Müdafiə Nazirliyindən məlumat verilib və ailə Bakıya dəvət edilib.

Fatimət müəllimə deyir ki, Müdafiə Nazirliyinin təlim-tədris mərkəzində şəhidin ailəsi qəbul edilib.

Orada Vətən Müharibəsinin mayor şəhidi Abakar Hacıyevi şəxsən tanıdıqlarından, igidliyindən danışılıb, böyük oğlu Hacıya mənzilin orderi təqdim edilib.

Xatırladaq ki, aprel ayının 11-də Abakarın doğum günündə ailənin Bakıda mənzilə ehtiyacı olduğu barədə "Bizim.Media" internet portalında yazı dərc edilib və müdafiə naziri Zakir Həsənova müraciət olunub.

Ailə 4 otaqlı mənzilə görə dövlət başçısı İlham Əliyevə, müdafiə naziri Zakir Həsənova təşəkkürlərini çatdırıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 

Mənbə: bizim.media