Bərdənin susuz qalan fəvvarələri - VİDEO

Bərdənin susuz qalan fəvvarələri - VİDEO<span class="qirmizi"></span>

 

Bərdədə yeni tikilən park, meydan və istirahət komplekslərində müasir fəvvarələr qurulsa da işləmir.

Sakinlərin sözlərinə görə, son günlər havalar normadan artıq isti keçsə də fəvvarələr işə salınmır. Baxımsız qalan su hovuzları zibil mənbəyinə çevrilib.

Hovuzlarda aylardı su təmizlənmədiyindən ətrafa üfunət qoxusu yayılır. Sakinlər bildirirlər ki, fəvvarələrin yalnız xüsusi bayram günlərində, ayda ildə bir dəfə işlədiyini görmək olar.

Məsələ ilə bağlı Bərdə şəhər icra nümayəndəliyindən bildirilib ki, şəhər ərazisində yerləşən fəvvarələrdə təmir və bərpa işləri aparılır.

Ətraflı Baku TV-nin süjetində:

 

Mənbə: www.oxu.az