Dünyada koronavirusa yoluxanların sayı artdı

Dünyada koronavirusa yoluxanların sayı artdı<span class="qirmizi"></span>

İyunda dünyada yeni növ koronavirusa yoluxanların sayı 17,3 milyon nəfər olub ki, bu da may ayı ilə müqayisədə 15% çoxdur. Yoluxma sayı 2022-ci ildə ilk dəfə artıb.

Lent.az-ın xəbərinə görə, bu barədə TASS məlumat yayıb.

Yoluxma sayında ən ciddi artım Asiya, Qərbi Avropa və latın Amerikasında qeydə alınıb. Bununla belə, xəstəlikdən ölümn sayında azalma qeydə alınıb. Ötən ay dünyada Covid-19-dan təxminən 41 min nəfər vəfat edib. Bu da may ayı ilə müqayisədə 3 dəfə azdır. Ölüm göstəricisi son 1 ildə ən aşağı həddə enib.

Mənbə: lent.az