Bu yay koronavirusa yoluxma yüksələ bilər - ÜST

Avropa və Rusiyada bu yay kovid infeksiyasına yoluxmada artım gözlənilir.

Bakupost.az xəbər verir ki, bu barədə ÜST Rusiya nümayəndəsi Melita Vuynoviç bildirib.

“Dünya hələ də pandemiya şəraitindədir, heç bir ölkə virusdan qorunmayıb, heç bir yerdə tam təhlükəsizlik yoxdur. Virus ölkələr arası dövr edir. Bəzi ölkələrdə xəstəxanalar yenidən dolur. Ola bilər ki, payızda qriplə birgə yayılacaq. Yeni yoluxmaların ağırlıq dərəcəsini də indidən demək olmur. Karantin tədbirlərinin ləğvi xüsusilə virusa imkanlar açır”.

Qeyd edək ki, Rusiya iyulun 1-dən bütün qalan məhdudlaşdırıcı tədbirləri ləğv edib. Ölkədə heç bir yerdə maska tələbi yoxdur.

Gündəlik yoluxma 700-1000 nəfər arasıdır.

Aygün Musayeva

BakuPost

Bakipost.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ bu ölkəyə nüvə silahı yaratmağa icazə verəcək?

SONRAKI XƏBƏR

Füzulidə elektrik mühəndisi faciəli şəkildə ÖLDÜ