Koronavirusun yeni dalğası barədə XƏBƏRDARLIQ

“Pfizer”in rəhbəri Albert Burla koronavirusun yeni dalğası barədə xəbərdarlıq edib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Burla bildirib ki, "Omicron" ştammı hələ də mövcuddur və ona nəzarət etmək olduqca çətindir. O, koronavirusun yeni dalğasının yaxınlaşdığını da elan edib:

“Pandemiyanın yeni dalğası yaxınlaşır. Bilirəm ki, bir çox insan dördüncü doza peyvənd olunmayıb. Amma ölüm riskini azaltmaq istəyiriksə, bu peyvəndləri vurdurmalıyıq”, - Albert Burla deyib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yaxın iki ayda Avropada koronavirusa yoluxma hallarının artacağını ehtimal edir.

Lent.az

ƏVVƏLKİ XƏBƏR

ÜST meymunçiçəyi ilə bağlı hamilələrə xəbərdarlıq etdi

SONRAKI XƏBƏR

Bu gün Yer kürəsi Günəşdən maksimal dərəcədə uzaqlaşıb - FOTO