Azərbaycan Avrasiyanın mühüm nəqliyyat mərkəzlərindən birinə çevrilib - VİDEO

Azərbaycan Avrasiyanın mühüm nəqliyyat mərkəzlərindən birinə çevrilib - VİDEO<span class="qirmizi"></span>

''Azərbaycan xəzəryanı bölgənin təhlükəsizliyi, əməkdaşlıq mühitinin güclənməsi, nəqliyyat-kommunikasiya infrastrukturunun, tranzit marşrutlarının inkişafında maraqlıdır. Xəzəryanı dövlətlərin dövlət başçılarının VI zirvə toplantısında Prezident İlham Əliyevin nitqi bunu bir daha sübut edir''.

Milli.Az Xəzər xəbər-ə istinadən xəbər verir ki, politoloq İlyas Hüseynov deyir ki, VI zirvə toplantısı Xəzəryanı dövlətlərin qarşısında duran mühüm məsələlərin həllinə yönəlmiş səylərin birləşdirilməsinə şərait yaradacaq.

Politoloq hesab edir ki, bu gün Azərbaycan regionda lider olmaqla yanaşı, dünyada da rolu sürətlə artmaqdadır. Ölkəmiz Transxəzər beynəlxalq nəqliyyat marşrutundan daha səmərəli istifadəyə cəhd edir.Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək.

İlyas Hüseynov əlavə edib ki, dövlət başçısı zirvə topantısındakı çıxışında da bu məsələyə diqqət çəkib.

Onun sözlərinə görə, torpaqlarımız işğaldan azad edildikdən sonra region üçün yeni reallıqlar yaranıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökuməti azad olunmuş əraziləri bərpa etməklə yanaşı, həm də beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üçün əsaslı işlər görür. Avtomobil və dəmir yolları çəkilir, hava limanları tikilir, bütün bunlar beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlərin tərkib hissəsidir.

Siyasi şərhçi vurğulayıb ki, VI zirvə toplantısı xəzəryanı ölkələr arasında investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması baxımından da təqdirəlayiqdir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Mənbə: news.milli.az