Vilayət Eyvazov Şirvanda 10 rayondan vətəndaş qəbulu keçirəcək

Vilayət Eyvazov Şirvanda 10 rayondan vətəndaş qəbulu keçirəcək<span class="qirmizi"></span>

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən cari il iyun ayının 21-də Şirvan Şəhər Polis Şöbəsinin inzibati binasında Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab və Saatlı şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.

Bu barədə Ednews-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Qəbula yazılmaq istəyən vətəndaşlar DİN-in səlahiyyətlərinə aid məsələlərlə bağlı 20.06.2022-ci il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Mənbə: ednews.net