Məktəbdə şagirdlərə "mərsiyə" öyrədən müəllimədən növbəti təxribat - FOTOFAKT

Məktəbdə şagirdlərə "mərsiyə" öyrədən müəllimədən növbəti təxribat -  <span class="qirmizi">FOTOFAKT</span>

Bir neçə gün bundan öncə şagirdlərə “Salam Farmandeh” (Salam Komandir) adlı "mərsiyə" öyrətməklə gündəmə gələn Nailə Babayeva, növbəti dəfə təxribatçı çıxışla yadda qalıb.

“AzPolitika.info” xəbər verir ki, Nailə Babayeva bu dəfə “feysbuk” hesabından radikal çağırışlar etməklə, təxribat yaratmağa çalışıb. Bir neçə saat sonra silinən paylaşımda “Şiələrə qarşı qətliam olacaq”, “Türkiyə, Nato, İsrail Azərbaycanda şiəliyin kökünü kəsməyə çalışır” kimi təxribatçı fikirlər səsləndirilib.

Xatırladaq ki, bir neçə gün bundan öncə Yevlax şəhər Sahib Aliyev adına 1 saylı tam orta məktəbdə çalışan Nailə Babayevanın dərs dediyi 6 “a” sinfində 4 şagirdə farslara məxsus olan mərsiyə öyrətməsi, din pərdəsi altında təxribat aparması, videogörüntüdə dövlət bayrağının tərs asılması cəmiyyətdə böyük narazılqlara səbəb olmuşdu.

Bu hadisədən sonra Mərkəzi Aran Regional Təhsil İdarəsinə çağrılan Nailə Babayevanın izahtı alınmış və ona “şiddətli töhmət” verilmişdi.

Ümid edirik ki, bu cür həssas bir məqamda ölkədə məhsəblər arası qarşıdurma, dini ekstremizim yayamağa çalışan bu şəxs barəsində Daxili İşlər Nazirliyi müvafiq tədbir görəcəklər.

“AzPolitika.info”

Mənbə: azpolitika.info