Kəlbəcərdə erməni təyyarəsinin qalıqları tapıldı - FOTO

Kəlbəcərdə erməni təyyarəsinin qalıqları tapıldı - <span class="qirmizi">FOTO</span>

Kəlbəcərdə Zod qızıl yataqlarında Ermənistana məxsus Su-25 təyyarəsinin qalıqları tapılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb.
Bildirilib ki, sözügedən qalıqlar Vətən Müharibəsinin ilk günlərində toqquşan iki erməni təyyarəsindən birinə məxsusdur:
"44 günlük Vətən Müharibəsinin hələ ilk günlərində Ermənistan Müdafiə Nazirliyi guya Türkiyənin F-16 təyyarəsinin ermənilərin Su-25 təyyarəsini vurması barədə xəbər yaymışdı. Əslində, o zaman səmada iki erməni hücum təyyarəsi toqquşub və hadisədə mifik türk F-16-nın iştirakına dair heç bir sübut təqdim olunmayıb. Beləliklə, bu yaxınlarda bizim hərbçilər Zod qızıl mədənlərinin ərazisində erməni qurğularından birinin qalıqlarını tapıblar. Ekspertiza keçirib Su-25-in düşməsinə nəyin səbəb olduğunu öyrənmək olarmı?”


Mənbə: www.yeniavaz.com