Bərdədə pambıq sahəsində qanlı DAVA: “Əxlaqsızlıq edirsən” deyib arvadını şil-küt etdi

Bərdədə pambıq sahəsində qanlı DAVA: “Əxlaqsızlıq edirsən” deyib arvadını şil-küt etdi<span class="qirmizi"></span>

 

Bərdə rayonunda 1988-ci il təvəllüdlü Fuad Vəliyev keçmiş həyat yoldaşı Günaya (adlar şərtidir – red.) xəsarətlər yetirib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisə ötən ilin avqustun 23-də baş verib.

Fuad həmin gün gecə saat 00.20-də Günaya yaşadığı rayonun Əliyanlı kəndində deyəcək sözləri olduğunu bildirib. Bundan sonra Günayı idarə etdiyi “Hyundai-Elentra” markalı avtomobillə Yeni Ağalı kəndi ərazisində yerləşən kimsənin olmadığı yerə, pambıq sahəsinə gətirib.
Təxminən gecə saat 01 radələrində həmin yerdə avtomobildən düşüblər.

Bu zaman Fuad Günaya boşandıqdan sonra əxlaqsız həyat tərzi keçirməsini, himayəsində bir azyaşlı qız uşaqları olmasını, azyaşlı uşağı ilə onun görüşməsinə hansı səbəbdən imkan verməməsini irad tutub.

Günay isə ondan boşandığını və şəxsi işlərinə qarşımamasını bildirib. Günayın bu sözlərindən hiddətlənən Fuad bıçaqla ona zərbələr vurub.

Vaxtında tibbi yardım göstərildiyi üçün Günayın həyatını xilas etmək mümkün olub.

Fuad həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fuad 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Fuadın müdafiəçisi apellyasiya şikayəti verib. O, şikayətində müdafiə etdiyi şəxsin barəsində olan hökmün dəyişdirilməsini, Fuadın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.
Şikayət baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Çingiz Məmmədovun sədrliyi ilə araşdırılıb.

Məhkəmə Fuadın barəsində verilən şikayəti qismən təmin edib. Onun cəzası 1 il 6 aya endirilib.

Eldar Məmmədli, Bizim.Media

Mənbə: bizim.media