Küçələrdə satılan dondurmalarda ağır xəstəlik izləri - Mütəxəssisdən XƏBƏRDARLIQ

Küçələrdə satılan dondurmalarda ağır xəstəlik izləri - Mütəxəssisdən XƏBƏRDARLIQ<span class="qirmizi"></span>

 

İsti yay günlərində sərinləmək üçün ən çox istehlak etdiyimiz qidalardan biri də dodurmadır. Amma dondurmalar sağlamlığımız üçün heç də təhlükəsiz deyil. Müşahidələr göstərir ki, hazırda satışda kifayət qədər saxta, keyfiyyətsiz dondurmalar var.

Bildiyimiz kimi dondurma məhsulunun keyfiyyəti onun tərkibindən və saxlanma şəraitindən asılıdır. Ona görə də dondurma alarkən mütləq şəkildə qablaşdırmanın üzərində olan etiket məlumatlarını oxumaq lazımdır.

Məhsulun istehsal tarixi, yararlılıq müddəti, qida dəyəri göstəriciləri, xüsusilə yağ tərkibi diqqətə alınmalıdır. Küçə və parklarda açıq şəraitdə qablaşdırılmamış silindr qablarda satılan dondurmaları alarkən məhsulun saxlanma şəraitinə xüsusi diqqət etmək lazımdır. Çünki antisanitar şəraitdə satılan dondurmalar asanlıqla təhlükəli məhsula çevrilə bilər.


Bu cür dondurmaların istehlakı insanlarda qida zəhərlənmələrinə, bağırsaq çöplərinin yaranmasına və digər xəstəliklərə yol aça bilər.

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, paketlənmiş bəzi dondurmaların tərkibində kərə yağı, süd və qaymaq yoxdur:

“Bunların əvəzinə süd əvəzedicisi və dadlandırıcı emulqator, stabilizator kimi kimyəvi qatqılardan daha çox istifadə olunur. Bu da orqanizmdə müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Çünki, həmin kimyəvi qatqılar orqanizm tərəfindən sorulmur. Bu da qaraciyərdə toksinlər kimi toplanır. Bu da gələcəkdə böyrək çatışmazlığına və xərçənə səbəb olur. Ona görə də kimyəvi qatqılı dondurmalardan çox istifadə etmək məsləhət deyil. Ümumiyyətlə, gün ərzində 100-150 qramdan artıq dondurmanın istehlak edilməsi arzuolunmazdır”.

Məhsəti Hüseynova daha sonra əlavə etdi ki, açıq havada satılan dondurmalar təhlükə mənbəyidir:

“Çünki, bəzi dondurmaların nə zaman istehsal olunduğu bilinmir. Və forması olmadığına görə onların neçə dəfə dondurulub, əridilib və yenidən dondurulduğu məlum deyil. Ona görə də açıq havada satılan dondurmalardan uzaq durmaq lazımdır.
Xüsuslilə də uşaqları... Çünki, meyvə və digər təbii inqredyentlərlə hazırlanmış dondurmaları bir neçə gündən artıq saxlamaq olmaz. Çox təəssüf ki, dondurmalar var ki, onu günlərlə deyil, aylarla saxlayırlar”.

Surxay Atakişiyev, Bizim.Media

Mənbə: bizim.media