Xaricdən gələn avtomobillər barədə məlumatlar bu sistemə ötürüləcək

Azərbaycan ərazisinə daxil olan xarici ölkələrdə qeydiyyatdan keçmiş nəqliyyat vasitələri və sahiblərinə dair məlumatlar elektron qaydada İcbari Sığorta Bürosunun elektron informasiya sisteminə ötürüləcək.

Yeniavaz.com xəbər verir ki, bu, “İcbari sığortalar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Başqa sözlə, müvafiq icra hakimiyyəti orqanı öz elektron informasiya ehtiyatında mövcud olan Azərbaycan ərazisinə daxil olan xarici ölkələrdə qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsində və həmin nəqliyyat vasitələrinin sahiblərinin şəxsiyyətini təsdiq edən sənəddə əks olunan məlumatların informasiya sisteminə avtomatik qəbul edilməsi üçün həmin ehtiyatın informasiya sistemi ilə əlaqələndirilməsini təmin etməlidir.

Yeniavaz.com

ƏVVƏLKİ XƏBƏR

ABD Malikin oğurlanan 546 manatı geri qaytarıldı - ÖZƏL

SONRAKI XƏBƏR

Ərdoğan Ukrayna ilə bağlı TARİX VERDİ: 10 gün ərzində...