Bu ölkədə 6 aylıq körpələr də peyvənd olunacaq

Bu ölkədə 6 aylıq körpələr də peyvənd olunacaq<span class="qirmizi"></span>

İsrailin Səhiyyə Nazirliyi 6 aydan 4 yaşadək uşaqların “Pfizer” və “Moderna” şirkətlərinin koronavirus əleyhinə vaksinləri ilə peyvənd olunmasına icazə verib.

Lent.az xəbər verir ki, bununla da İsrail ABŞ-dan sonra dünyada körpələrin peyvəndlənməsinə icazə verən ikinci ölkə olub. İsrailli ekspertlər bildirirlər ki, sözügedən vaksinlərin səmərəlilik dərəcəsi yüksəkdir, yan təsirləri nəzərə alınmayacaq qədər azdır.

Mənbə: lent.az