‘‘Konqoda Ebola epidemiyasının 14-cü dalğası sona çatıb’’

‘‘Konqoda Ebola epidemiyasının 14-cü dalğası sona çatıb’’<span class="qirmizi"></span>

Konqo Demokratik Respublikasının şərqində aprelin 23-də başlayan Ebola epidemiyasının 14-cü dalğasının sona çatdığı bildirilib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Ümumdünya Səhiyyə Təşkilatı aprelin 23-də ölkənin Ekvador əyalətində Ebola epidemiyasına yoluxma halının qeydә alındığını açıqlamışdı. ÜST daha sonra әyalәtdә başlayan epidemiyanın 14-cü dalğasının sona çatdığı bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının kriteriyalarına әsasәn, epidemiyanın sona çatdığının elan edilmәsi üçün bölgədə 42 gün ərzində yeni yoluxma halı qeydә alınmamalıdır.

Bir növ hemorragik qızdırmaya səbəb olan Ebola virusu ilk dəfə 1976-cı ildə Sudanın Nzara və Konqo Demokratik Respublikasının Yambuku şəhərlərində eyni vaxtda qeydә alınmışdı. Konqo Demokratik Respublikasındakı epidemiya epidemiya Ebola çayı yaxınlığındakı kənddə başladığı üçün epidemiyaya bu ad verilmişdi.

Ebola virusu 2013-cü ilin dekabrında Qərbi Afrikada yayılmışdı. 2014-2017-ci illərdə Qvineya, Liberiya və Syerra-Leonedə qeydә alınan epidemiyaya 30 min insan yoluxmuşdu, nәticәdә 11 mindәn çox adam ölmüşdü.

Mənbə: sia.az