Xəzərin biomüxtəlifliyi təhlükə altındadır - VİDEO

Xəzərin biomüxtəlifliyi təhlükə altındadır - VİDEO<span class="qirmizi"></span>

"Xəzər dənizinin səviyyəsinin düşməsi bioloji ehtiyatların azalmasına səbəb olur".

Bu sözləri Bioloji Resurslarin Tədqiqat Mərkəzinin direktoru, professor Mehman Axundov “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda keçirilən konfransda bildirdi.

Mehman Axundov vurğuladı ki, Xəzər dənizinin səviyyəsinin düşməsi təkcə qlobal səviyyədə temperaturun qalxması ilə bağlı deyil. Bura Xəzərə daxil olan su həcminin azalması da təsir göstərir.

Qeyd edək ki, professorun sözlərinə əsasən Xəzər dənizində olan bioloji resurların yarısı endemik növlərdir və onları mütləq qorumalıyıq. Əks təqdirdə bu proses bioloji müxtəlifliyinin itirilməsi ilə nəticələnəcək.

Mənbə: www.realtv.az