NADİR HADİSƏ: Keçəl qartallar şahin balasını övladlığa götürdülər - FOTO

Bu yaxınlarda Kanadanın British Columbia əyalətində dəniz qartalları ailəsi quş cücəsini yemək əvəzinə övladlığa götürüblər.

Publika.az xəbər verir ki, götürdükləri quş müşahidəçilərini heyrətə gətirib.

Qartalların qeyri-adi davranışını ilk görən vəhşi təbiəti qoruyan "Growls" təşkilatının könüllüsü Pam Makkartni olub.

O, ağaca quraşdırılmış kamera ilə onları izləyib. Hər şey onunla başladı ki, bir müddət əvvəl balalarından birini itirən qartal, anasının tərk etdiyi balaca şahini yuvasına gətirib.

Pam, lələkli körpənin keçəl qartal ailəsi üçün şam yeməyi olacağına şübhə eetməyib, lakin səhv edib. Ona öz balaları kimi baxmağa başlayıblar. Günün sonunda şahin ailənin yeni üzvü olub.

“Təsəvvürümdə qartalın fikirlərini təhlil etdiyim zaman "Disney" cizgi filmindən səhnə kimi bir şey gördüm. Düşündüm ki, o fikirləşdi. İndi bu mənim yeni kiçik qardaşımdır bildirib", - Pam bildirib.

 

Ornitoloq Devid Berdin sözlərinə görə, qartallar nadir hallarda başqa növün balalarına baxmağa başlayır. Əsas onları öldürürlər:

“Həyatımda belə bir şey görəcəyimi düşünməzdim. Bu, həqiqətən də çox nadir bir hadisədir".

İndi Pam yeni qeyri-adi ailənin həyatını izləməkdən həzz alır və indiyə qədər ailənin bütün üzvləri bir-biri ilə yaxşı anlaşır.

Hüseyn İbadlı

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Rusiya Norveçlə sərhəd sazişini ləğv edir

SONRAKI XƏBƏR

Praqanın mərkəzində ukraynalı analara həsr olunmuş heykəl quraşdırılıb