Dörd qolu və 4 ayağı olan körpə doğulub

Hindistanın Uttar Pradeş ştatında səkkiz üzvü olan uşaq dünyaya gəlib.

Milli.Az bildirir ki, bu barədə "Daily Star" məlumat yayıb.

Kamila adlı qadının şənbə günü, iyulun 2-də doğuş sancıları başlayıb. O, xəstəxanaya çatdırılıb, bir müddət sonra, təxminən üç kiloqram ağırlığında bir uşaq dünyaya gətirib. Körpə dünyaya gələn kimi dərhal məlum oldu ki, o, hamı kimi deyil - dörd qolu və 4 ayağı var. Əlavə üzvlər uşağın qarnında əmələ gəlib.

Anomaliyaya baxmayaraq, cinsiyyəti bildirilməyən yeni doğulmuş körpənin səhhətində problem yoxdur. Ananın da vəziyyəti yaxşıdır.

Qeyri-adi körpənin dünyaya gəlməsi xəbəri rayona yayılaraq yerli sakinlərin diqqətini çəkib. İnsanlar uşağa baxmaq üçün xəstəxanaya gəlməyə başlayıb. Bəziləri onu təbiətin möcüzəsi adlandırıb, digərləri onun rifah, bolluq, firavanlıq, zənginlik, uğurlar və xoşbəxtlik tanrıçası Lakşminin reinkarnasiyası olduğunu irəli sürüb.

İrfan Vəliyev
Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Aktrisa əsgərlikdən qayıdan oğlunu belə qarşıladı - VİDEO

SONRAKI XƏBƏR

ABŞ Yunanıstanı SİLAHLANDIRIR: "Türkiyə əlində olan rıçaqlardan istifadə edir ki..."