Builki MİQ imtahanında bir sıra yeniliklər tətbiq olunacaq

"Təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin əsas mərhələsinə start veririk. Əsas mərhələ dedikdə, test mərhələsi nəzərdə tutulur. Bu mərhələ 14-22 iyul tarixlərini əhatə edəcək".

"Report" xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, müəllimlərin işə qəbulu üzrə builki imtahanlarda əvvəlki illərdən fərqli olaraq bir neçə yeniliklər tətbiq olunacaq:

"Belə ki, əvvəlki illərin təcrübəsinə əsaslanaraq və namizədlərin çoxsaylı müraciətlərini nəzərə alaraq imtahan müddətini hər fənn üzrə 90 dəqiqədən 120 dəqiqəyədək artırmışıq".

Report.az

ƏVVƏLKİ XƏBƏR

"Boris Conson istefa versə də, qayıdacağı istisna deyil"

SONRAKI XƏBƏR

"Ronaldonun transferi bizim fəlsəfəmizə uyğun deyil"