Bəzi Avropa dövlətlərinin İranda fəaliyyət göstərən diplomatları casusluqda ittiham olunur

Bəzi Avropa dövlətlərinin İranda fəaliyyət göstərən diplomatları casusluqda ittiham olunur<span class="qirmizi"></span>

Tehran, 7 iyul, AZƏRTAC

İranda fəaliyyət göstərən bəzi Avropa dövlətlərinin səfirliklərində çalışan diplomatlar casusluqda ittiham edilir.

AZƏRTAC xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yaydığı məlumatda deyilir. Nəzərə çatdırılır ki, səfirliklərin əməkdaşları diplomatik missiyanı yerinə yetirmək əvəzinə casusluqla məşğul olublar.

Qeyd olunub ki, Böyük Britaniyanın İrandakı səfirinin müavini, İrana turist kimi gələn polşalı alim Matsey Valçak və Avstriyanın İrandakı səfirliyinin mədəniyyət attaşesinin həyat yoldaşı həbs ediliblər. Onlar İran İslam İnqilabı Keşikçiləri Korpusunun raket sınaqları keçirdiyi Kirman vilayətinin Şahdad səhralığına gəlib, ərazidən torpaq, su, daş və palçıq nümunələri götürüblər.

Məlumatda bildirilir ki, həbs olunan zaman Böyük Britaniyanın səfirinin müavini xüsusi xidmət orqanlarının əməkdaşlarından üzr istəyib və bu əraziyə gəzməyə gəldiklərini bildirib. Diplomatların səhralığa “gəzməyə” gəlməsi xüsusi xidmət orqanlarında şübhə yaradıb və onlar dron vasitəsilə izlənliib. Həbs olunan diplomatlar Kirman vilayətindən çıxarılıb. Hazırda İranın xüsusi xidmət orqanları araşdırma aparırlar.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

Mənbə: azertag.az