Siyəzəndə azyaşlını uzunqulaq DİŞLƏDİ - Ağır xəsarətlər aldı - FOTO

 

Siyəzən rayonunda 10 yaşlı uşağı uzunqulaq dişləyib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Çarxana kəndində qeydə alınıb.

Kənd sakini, 10 yaşlı Əliyev Abdulla Vidadi oğlu döş qəfəsinin ön səthinin sağ yarısının böyük həcmli dişlənmiş yarası və iri həcmli dəri və əzələ effekti diaqnozu ilə Siyəzən Müalicə Diaqnostika Mərkəzinə gətirilib.

Mərkəzdə uşağa dərhal quduzluğa qarşı vaksin vurulub və yarası yuyulub bağlandıqdan sonra Respublika Kliniki Mərkəzin uşaq cərrahiyyə şöbəsinə göndərilib.

Siyəzən Müalicə Diaqnostika Mərkəzindən Bizim.Media-ya bildirilib ki, uşağın Kliniki Mərkəzdən sonra Respublika Yanıq Mərkəzinə göndəriləcəyi də istisna edilmir.

Çünki onun sinəsi böyük yara ilə yanaşı, iri həcmli dəri və əzələ effekti də alıb. Heyvanın quduz olub olmaması da dəqiqləşdirilir.

Aytəkin Alxaslı, Bizim.Media - Şimal Bürosu
 

Bizim.media

ƏVVƏLKİ XƏBƏR

Türkiyədə prezident seçkiləri: Kim qalib gələcək? – Sorğunun nəticəsi

SONRAKI XƏBƏR

Altı ayda Oğuzda 196 uşaq dünyaya gəlib